title.added to cart title.there are not enough items in stock
logo

Məhsullar

Silicon 0,5 litr

  • Adı: Silicon
  • Həcmi: 0,5 litr
  • Təyinatı: səthlərin və şüşələrin təmizləyicisi
  • 7290016208474

Güzgüləri, pəncərələri (o cümlədən, avtomobilin şüşələrini) təmizləmək, parlaqlıq vermək və sonradan çirklənmənin əmələ gəlməsindən qorumaq üçün effektiv vasitə. Eləcə də avtomobilin laklanmış salonları, mərmər və digər növ səthlər üçün də istifadə olunur. “Silikon”-un xüsusi formulu səthin üzərindəki çirki və ləkələri, barmaq izlərini, bakteriyaları asanlıqla təmizləyir, səthin üzərində qoruyucu silikon qatını yaradır ki, bu da sonradan çirklənmənin əmələ gəlməsinə mane olur və səthin təmizliyini uzun müddət saxlayır.

istifadə etməzdən öncə silkələyin. “Silikon”-u səthin üzərinə 20-25 sm məsafədən bərabər şəkildə püskürdün və kağız salfeti ilə silin. Təmizləmə (parlatma) prosesində siz qoruyucu qatı yaradırsınız, buna görə də səthin kiçik sahələr ilə təmizlənməsi məsləhət görülür.

Xəbərdarlıq: məhlulun səthin üzərində qurumasına yol verməyin. İstifadə edərkən əlcəklərdən istifadə etməyiniz məsləhət görülür. Gözə düşməsindən ehtiyat edin. Uşaqlar üçün əlçatmaz, qaranlıq və sərin yerdə saxlayın.