Su ərpindən təmizləyici vasitə. Paltar və qab yuyan maşınların, ütünün, çaydanın, elektrik qaynadıcının, qəhvə aparatının və su ilə təmasda olan digər cihazların daxili detallarının təmizlənməsi üçün istifadə edilir. Eləcə də kranın, hovuzun, vanna və duş kabinəsinin ərpdən təmizlənməsi üçün effektivdir. Su və əhəngdaşı ərpini, kirləri, pası, kifi, göbələyi və digər növ çirkləri təmizləyir, xoşagəlməz qoxunu yox edir. Müntəzəm olaraq istifadə edilməsi texnikanın həyat qabiliyyətini artırır.
yarısı qədər su ilə doldurulmuş çaydanı qaynadın, sonra 50 ml Avnit tökün və 10 dəqiqə gözləyin. Bundan sonra təmiz su ilə yuyun və təkrar qaynadın. Paltaryuyan maşına, yuyucu toz üçün nərəzdə tutulan yerə 200 ml Avnit tökün və ortalama 60 dərəcədə yuma rejimində 15 dəqiqə işlədin. Bundan sonra yaxalama rejimində işlədin. Nəzərə alın ki, prosedur zamanı paltaryuyan maşında paltar olmamalıdır. Çəni olmayan səth (məsələn, ütünün dibi, kran) üçün süngəri Avnit ilə isladın və çirklənmiş səthi təmizləyin.
Xəbərdarlıq: gözə düşməsindən ehtiyat edin. Uşaqlar üçün əlçatmaz, qaranlıq və sərin yerdə saxlayın.