BAQİ-nin “ŞTİXONİT”-i – parça səthlərinin təmizləyici vasitəsi (köpük). Yumşaq parça mebeli, divanı, kürsünü, avtomobil salonlarını, xalçaları və digər parça aksessuarlarını təmizləmək üçün istifadə edilir. Kiri və oturmuş ləkələri asanlıqla təmizləyir, xoşagəlməz qoxunu neytrallaşdırır və sonradan çirklənmənin əmələ gəlməsinə mane olur. Təmizlədikdən sonra iz buraxmır və parçanın ilkin rəngini saxlayır.
təmizlənəcək səthi ilk öncə ilıq su ilə təmizləyin, sonra üzərinə “Ştixonit”-i püskürdün, bərabər şəkildə yayın və yumşaq fırça və ya süngər ilə sürtün. Səthin üzərində qalan köpüyü nəm bez ilə silin və tam quruyana qədər gözləyin. Xalçanı təmizləyərkən 150 ml “Ştixonit”-i 5 litr ilıq suya əlavə edib qarışdırın, əldə edilmiş mayeni bərabər şəkildə xalçanın üzərinə yayın və yumşaq fırça ilə sürtün. Səthin üzərində qalan köpüyü tozsoran ilə alın və tam quruyana qədər gözləyin.
Xəbərdarlıq: istifadə etməzdən öncə görünməyən yerdə sınaqdan keçirməyiniz tövsiyə olunur. Köpüyün səthin üzərində qurumasına yol verməyin. Dəriyə və gözə düşməsindən ehtiyat edin. Uşaqlar üçün əlçatmaz, qaranlıq və sərin yerdə saxlayın.