title.added to cart title.there are not enough items in stock
logo

Məhsullar

Potxan 70 qr

  • Adı: Potxan
  • Həcmi: 70 qr
  • Təyinatı: boru təmizləyicisi
  • 7290016208900

«POTXAN» – tıxanmış boruların effektiv təmizləyici vasitəsi. Metal, eləcə də plastmass, büzməli və sifon boruları üçün istifadə edilir. Saçları, yemək qalıqlarını, əhəngdaşı ərpini, polietileni və boruya düşmüş digər növ çirklənmələri olduqca tez bir şəkildə açır və təmizləyir.

əvvəlcədən otağın havalandırılmasını və ya ventilyasiyasını təmin edin, çanağın suyunu boşaldın, boruya 70 qr «Potxan» qranullarını tökün, üzərinə 70-100 ml isti su tökün və 2-3 dəqiqə gözləyin (daha çox deyil). Sonunda isə borunu axar su ilə yaxşıca yuyun. Güclü tıxanma olduğu halda, proseduru təkrarlayın.

Xəbərdarlıq: istifadə edərkən əlcəklərdən istifadə edin, qranulların dəriyə, gözə və ya borulardan başqa hər hansı bir digər səthin üzərinə düşməsinə yol verməyin. Uşaqlar üçün əlçatmaz, qaranlıq və sərin yerdə saxlayın.