1. Məxfilik siyasəti
1.1. Qarşıdakı bildiriş personal məlumatlara sanksiyalaşdırılmamış əlçatanlıq ilə əlaqədar olaraq bagi-az-ın mövcud olan müdafiə mexanizmləri ilə bağlıdır ki, hansılar vasitəsilə bagi.az sizin personal məlumatlarınızın qorunmasını təmin edir. Bu sonuncu bagi.az-ın sizə xidmət göstərildiyi dövrdə əldə etdiyi məlumatı ehtiva edir ki, hansından Azərbaycan qanunvericiliyinə uyğun olaraq, sonradan eləcə də birbaşa marketinq məqsədləri üçün istifadə edilir. Bildirişin məqsədi sizə personal məlumatın işlənilməsi zamanı bizim iş prinsiplərimiz və sizin hüquqi müdafiə mexanizmləriniz ilə əlaqədar olaraq məlumatı təqdim etməkdən ibarətdir.
1.2. Bagi.az aşağıdakılar üçün məsuliyyəti öhdəsinə götürür:
1.2.1. sizin personal məlumatlarınızın təhlükəsizliyi və qorunması üçün qayğı göstərəcəyik;
1.2.2. sizin məlumatlarınızdan qeyri-qanuni olaraq istifadə etməyəcəyik;
1.2.3. istənilən zaman sizə personal məlumatlarınızın işlənilməsi ilə əlaqədar olaraq tam və ətraflı məlumatı təqdim edəcəyik.
1.3. Personal məlumatların məxfiliyini qorumaq vədinə bənzər şəkildə, qeyd edilən məlumatları personal məlumatların qorunması haqqında Azərbaycan qanunu qoruyur.
1.4. Qanunvericiliyə əsasən, siz bizdən məlumatlarınızın işlənilməsi barədə məlumatı tələb etmək hüququna maliksiniz. Siz aşağıdakı məlumatı əldə etmək hüququna maliksiniz:
1.4.1. sizin haqqınızda hansı məlumatlar işlənilir;
1.4.2. məlumatların işlənilməsinin məqsədi;
1.4.3. məlumatların işlənilməsinin hüquqi əsası;
1.4.4. sizin məlumatlarınız hansı yol ilə toplanılmışdır;
1.4.5. sizin məlumatlarınız kimə ötürüldü;
1.4.6. məlumatların ötürülməsinin əsası və məqsədi.
1.5. Siz bizim tərəfimizdən işlənilmiş məlumatın surətini tələb edə bilərsiniz.
1.6. Qanunvericiliyə uyğun olaraq siz şəxsi məlumatlarınıza düzəliş edilməsini, yenilənməsini, əlavə edilməsini, bloklaşdırılmasını, silinməsi və ya məhv edilməsini o halda tələb edə bilərsiniz ki, əgər onlar natamam, qeyri-dəqiqdir, yenilənməmişdir və ya əgər onların toplanılması və işlənilməsi qanuna zidd şəkildə həyata keçirilmişdirsə. Biz Azərbaycan qanunvericiliyinə uyğun olaraq hərəkət edirik ki, bu da bizə sizin şəxsi məlumatlarınızı dərhal silməkdə maneçilik törədə bilər. Bu cür öhdəliklər vergi qanunvericiliyi, istifadəçi hüquqlarının müdafiəsi və digər relevant qanunvericilikdən irəli gələ bilər.
1.7. Qeyd edilən məlumatı sizə təqdim etmək öhdəliyi bagi.az üçün sizin tələbiniz təqdirində yaranacaqdır. Biz personal məlumatlardan istifadə etmək hüququna yalnız bunun üçün konkret müqavilə və/və ya qanuni əsasımız olduğu halda malik olacağıq.
1.8. Bagi.az sizin məlumatlarınızdan istifadə etmək üçün qanuni əsasa malikdir ki, bu da biznes ilə əlaqədar olan və/və ya kommersiya məqsədinin mövcud olmasını nəzərdə tutur. Əhəmiyyətlidir ki, belə olan halda da bagi.az tərəfindən məlumatın işlənilməsi sizin maraqlarınıza xələl gətirilməsinə yönəldilmir.
1.9. Biz istifadəçilərimiz barədə iki növ məlumatları toplayırıq: şəxsi eyniləşdirmə məlumatı (“personal məlumat”) və qeyri-şəxsi eyniləşdirmə məlumatı.
1.10. Şəxsi eyniləşdirmə məlumatı elə bir məlumatdır ki, hansı vasitəsilə konkret istifadəçinin eyniləşdirilməsi baş verir. Siz bizim veb-səhifəmiz vasitəsilə fəallığa qoşulduğunuz zaman, biz sizdən haqqınızda müəyyən məlumatın təqdim edilməsini xahiş edə bilərik. Bu cür məlumata aşağıdakılar aid edilir:
1.10.1. bizə və ya bizim tərəfdaşlarımıza məhsulun və ya xidmətin sifariş edilməsi
1.10.2. məlumatın göndərilməsi və/və ya hər hansı bir məlumatın müzakirə səhifəsində yerləşdirilməsi
1.10.3. bizim və ya bizim tərəfdaşlarımız tərəfindən maliyyələşdirilmiş müsabiqələrdə, sorğularda iştirak
1.10.4. şərhin yerləşdirilməsi, bizimlə və ya bizim tərəfdaşlarımızla öz fikrinin paylaşılması
1.10.5. bizim xidmətimiz barədə məlumatın tələb edilməsi
1.10.6. bizdə işə qəbul olmaq məqsədilə ərizənin göndərilməsi
1.10.7. bizim veb-səhifəmiz vasitəsilə üçüncü tərəflərin təqdim etdikləri xüsusi təkliflər üçün qeydiyyatdan keçmək (birlikdə “eyniləşdirmə fəallıqları” kimi adlanır).
1.11. Eyniləşdirmə fəallığına qoşulma sizin üçün icbari deyildir. Lakin, əgər siz eyniləşdirmə fəallığına qoşulmaq qərarına gələrsinizsə, biz sizdən adınız və soyadınız, elektron poçt ünvanınız, cinsiniz və doğum tarixiniz kimi haqqınızda müəyyən şəxsi məlumatların, eləcə də haqqınızda digər əlavə məlumatların təqdim edilməsini xahiş edə bilərik ki, hansıların doldurulması könüllüdür. Siz məhsul və ya xidmətləri sifariş etdiyiniz zaman, biz eləcə də sizdən kredit kartınızın nömrəsinin, müddətinin bitmə tarixinin, autentiklik kodunun və digər məlumatın təqdim edilməsini xahiş edə bilərik. Bu sonuncu bizim veb-səhifəmizdə saxlanılmır, çünki ödəmə tərəfdaşımız olan bankın təhlükəsizlik serverində həyata keçirilir. Bundan irəli gələrək, sizin kredit kartınız barədə məlumatlar bizim üçün əlçatan deyildir. Sizin hansı növ fəallığa qoşulacağınızdan asılı olaraq, bəzi məlumatların təqdim edilməsi icbari, bəzilərinin isə - könüllü olacaqdır. Əgər siz konkret fəallıq üçün icbari olan məlumatı təqdim etməzsinizsə, siz həmin fəallığa qoşula bilməyəcəksiniz.
1.12. Qeyri-şəxsi eyniləşdirmə məlumatı elə bir məlumatdır ki, hansı ki, konkret istifadəçinin eyniləşdirilməsini həyata keçirmir. Bu növ məlumat bizim veb-səhifəmizə daxil olmazdan öncə daxil olduğunuz veb-səhifənin “Uniform Resource Locator” “URL”, bizim veb-səhifəmizdən çıxdıqdan sonra daxil olacağınız veb-səhifənin “URL”, istifadə etdiyiniz brauzerin növü və sizin internet protokolunuzun “IP” ünvanı kimi halları ehtiva edə bilər. Biz və/və ya bizim tərəfimizdən səlahiyyətləşdirilmiş üçüncü tərəf xidmətin provayderləri və reklam edən şəxslər siz bizim veb-səhifəmizdən istifadə etdiyiniz zaman avtomatik olaraq həmin məlumatı əldə edə bilərlər. Bu “Cookies”, “Web Beacons”, “Pixel Tags” kimi elektron mexanizmlər vasitəsilə həyata keçirilir.
1.13. Biz veb-səhifəmizdə cookies-lər, istifadəçilərin veb-səhifədə naviqasiyası və davranışı barədə məlumatı, o cümlədən, aşağıdakı məlumatı toplayırıq:
1.13.1. IP ünvanı, cihazın növü, əməliyyat sistemi və veb-səhifəyə daxil olma baş verdiyi brauzer;
1.13.2. bizim veb-səhifəmizdə açılmış səhifələr, sessiyanın müddəti və sessiyanın müxtəlif parametrləri barədə məlumatı toplayırıq;
1.13.3. bizim veb-səhifəmizdə yerinə yetirilən hərəkətlər barədə məlumat: formaların doldurulması, veb-səhifənin interaktiv elementlərindən istifadə edilməsi və s.;
1.13.4. veb-səhifədə xanaların doldurulma prosesi, vaxtı və forması.
1.14. Toplanılmış personal məlumatdan aşağıdakılar üçün istifadə edilir:
1.14.1. sizinlə münasibəti həyata keçirmək üçün;
1.14.2. veb-səhifədən istifadə edilmənin intensivliyini artırmaq üçün;
1.14.3. sizin tələblərinizi təmin etmək, yeni əməkdaşlıq yollarını işləyib hazırlamaq və biznesimizi inkişaf etdirmək üçün;
1.14.4. effektiv marketinq fəallıqlarını işləyib hazırlamaq və həyata keçirmək üçün;
1.14.5. müştərilərin bizim məhsul və xidmətlərimizdən necə istifadə etdiklərini öyrənmək üçün;
1.14.6. bizim məhsul və xidmətlərimiz ilə əlaqədar olaraq məsləhət və ya tövsiyələri qəbul etmək üçün;
1.14.7. bizim brendlərimizi, məhsul və xidmətlərimizi inkişaf etdirmək / idarə etmək üçün;
1.14.8. bizim məhsul və xidmətlərimizi təqdim etmək üçün;
1.14.9. müştərilərin ödəmələrini həyata keçirmək və idarə etmək üçün;
1.14.10. maliyyə cinayətini aşkar etmək, hesabat və prevensiya üçün;
1.14.11. bizim və müştərilərimizin risklərini idarə etmək üçün;
1.14.12. bizim üçün relevant qanun və requlyasiyaları yerinə yetirmək üçün;
1.14.13. şikayətlərə reaksiya vermək və onların həll edilmə yollarını axtarıb tapmaq üçün;
1.14.14. biznesimizi effektiv və düzgün şəkildə idarə etmək üçün, bu da bizim maliyyə mövqeyimizi, biznes imkanlarımızı, planlaşdırmanı, kommunikasiyaları və korporativ idarəetməni ehtiva edir;
1.14.15. götürülən hüquq və öhdəlikləri həyata keçirmək üçün;
1.14.16. prosesləri, xanaları və veb-səhifənin dizaynını optimallaşdırmaq məqsədilə veb-səhifənin statistikasını aparmaq üçün;
1.14.17. veb-səhifənin istifadəçilərini qorumaq və fırıldaqçılıq hərəkətlərinin prevensiyası məqsədilə;
1.14.18. veb-səhifənin istifadəçilərinin axınına nəzarət etmək və marketinq şirkətlərinin effektivliyini qiymətləndirmək üçün;
1.14.19. veb-səhifəni və onun komponentlərini adaptasiya etmək üçün.
1.15. Personal məlumatların toplanılmasının məqsədi aşağıdakılardır:
1.15.1. məlumatları yeniləmək, sizin üçün maraqlı olan məhsul və xidmətləri eyniləşdirmək və həmin məlumatları sizə təqdim etmək;
1.15.2. məhsul və xidmətləri inkişaf etdirmək;
1.15.3. yeni məhsul və ya xidmətləri təklif etmək üçün müştərilərin fokus qruplarını müəyyən etmək;
1.15.4. bizim qanuni vəzifələrimizi və müqavilə öhdəliklərimizi effektiv şəkildə yerinə yetirmək;
1.15.5. bizim üçün relevant requlyasiyalara uyğunluğu təmin etmək.
1.16. Sizin haqqınızda personal məlumatları sizin tərəfinizdən bagi.az-a təqdim edilən və aşağıda sadalanan mənbələrdən əldə edə bilərik.
1.17. Sizdən məlumatları aşağıdakı hallarda əldə edirik:
1.17.1. bizə məhsul və ya xidmətlərimizi əldə etmək üçün müraciət etdiyiniz halda;
1.17.2. kommunikasiya telefon və/və ya elektron poçt vasitəsilə həyata keçirildiyi halda;
1.17.3. siz bizim veb-səhifələrimizdən, mobil aplikasiyalarımız və veb-çatımızdan istifadə etdiyiniz zaman;
1.17.4. maddi, eləcə də elektron formada məktubları göndərdiyiniz zaman.
1.18. Biz cookies-dən istifadə edir və veb-səhifəmizdə istifadəçilərin davranışına diqqət yetiririk ki, veb-səhifəmizdə olduğunuz zaman sizə ən yaxşı təcrübəni təklif etdiyimizə əmin olaq və xidmətin keyfiyyətini daima yaxşılaşdıra bilək. Cookies fayllarından istifadəçilərin bizim veb-səhifəmizə necə daxil olduqlarını müəyyən etmək və Google Analytics-in reportlarını aparmaq üçün istifadə edirik.
1.19. Veb-səhifədən istifadə edilməsinə başlamazdan öncə, siz cookies və istifadəçilərin davranışının müşahidə edilməsi barədə bildiriş ilə “Razılıq” düyməsinə basmaqla razılaşa bilərsiniz. Əgər “Cookie siyasəti” ilə razı olmazsanız, lakin veb-səhifədən istifadə etməyə davam edərsinizsə, qeyd edilən hərəkət yenə də yuxarıda qeyd edilən hərəkətə sizin razılığınız olaraq hesab ediləcəkdir.
1.20. Biz cookie fayllarından və istifadəçinin davranışının müşahidə edilməsi nəticəsində əldə edilmiş məlumatlardan şəxsi məlumatları toplamaq məqsədilə istifadə etmirik. Əgər siz cookie fayllarını məhdudlaşdırmaq və ya onları veb-səhifədə bloklaşdırmaq istəyirsinizsə, bunu brauzerinizin parametrlərini dəyişdirməklə həyata keçirə bilərsiniz. Bununla yanaşı, nəzərə almağınızı xahiş edirik ki, əgər cookie fayllarını bloklaşdırar və ya silərsinizə, bizim tərəfimizdən təklif edilmiş bəzi xidmətlər işləməyəcəkdir.
1.21. Bizim veb-səhifəmizdə cookies-lər, istifadəçilərin veb-səhifədə naviqasiyası və davranışı barədə, o cümlədən aşağıdakı məlumatları toplayırıq:
1.21.1. IP ünvanı, cihazın növü, əməliyyat sistemi və veb-səhifəyə daxil olma baş verdiyi brauzer;
1.21.2. bizim veb-səhifəmizdə açılmış səhifələr, sessiyanın müddəti və sessiyanın müxtəlif parametrləri barədə məlumatı toplayırıq;
1.21.3. bizim veb-səhifəmizdə yerinə yetirilən hərəkətlər barədə məlumat: formaların doldurulması, veb-səhifənin interaktiv elementlərindən istifadə edilməsi və s.;
1.21.4. veb-səhifədə xanaların doldurulma prosesi, vaxtı və forması.
1.22. Sizin personal məlumatlarınızı paylaşmaq bizə Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş hallarda, eləcə də digər təşkilatlarla paylaşmaq lazım gələ bilər ki, hansılar sizə tərəfinizdən seçilmiş məhsulu və ya xidməti təqdim etməli və ya müəyyən xidmətin göstərilməsini o şərtlə təklif etməlidirlər ki, bu cür məlumat paylaşılmazdan öncə qeyd edilən tərəflər icbari qaydada sizin məlumatlarınızı təhlükəsiz və məxfi olaraq saxlamağa razılıq verməlidirlər.
1.23. Biz qanunla ciddi şəkildə müəyyən edilmiş hallarda xidməti səlahiyyətini həyata keçirmək, o cümlədən, cinayəti müəyyən etmək, araşdırmaq və qarşısını almaq məqsədilə hüquq mühafizə orqanlarına sizin şəxsi məlumatlarınıza əlçatanlığı ötürmək hüququnu özümüzdə saxlayırıq.
1.24. Əgər siz şəxsi məlumatlarınızın ötürülməsini istəməzsinizsə, bizim tərəfimizdən sizin qarşınızda götürülmüş öhdəliklərin yerinə yetirilməsi, o cümlədən, hesabdan istifadə edilmə və ya müvafiq xidmətlərin əldə edilməsi ləngidilə və ya qeyri-mümkün ola bilər.
1.25. Sizin personal məlumatlarınızın paylaşılması şirkətin yenidən təşkil edilməsi və/və ya qovuşması nəticəsində həyata keçirilə bilər. Belə olan halda bizim hüquqi varisimiz əlimizdə olan tam məlumatı, o cümlədən, sizin şəxsi eyniləşdirmə məlumatlarınızı əldə edəcəkdir. Buna baxmayaraq, sizin şəxsi eyniləşdirmə məlumatlarınıza hər hansı növ məhdudiyyət olmadan qarşıdakı məlumatı qoruma siyasəti şamil ediləcəkdir.
1.26. Biz sizin şəxsi eyniləşdirmə məlumatlarınızı, bunu qanunvericilik tələb etdiyi və biz hüquqlarımızın müdafiəsi üçün və/və ya veb-səhifəyə qarşı istənilən məhkəmə prosesini, məhkəmə qərarını/qətnaməsini və ya digər növ hüquqi prosesi təmin etmək məqsədilə zəruri hesab etdiyimiz zaman ötürmək hüququnu özümüzdə saxlayırıq. Biz eləcə də sizin məlumatlarınızı aşağıdakı məqsədlər üçün ötürmək hüququnu özümüzdə saxlayırıq: qarşıdakı siyasətə riayət edilmə və həyata keçirilməsi; bizim veb-səhifəmizdən istifadə edilmə qayda və şərtlərinə və ya digər müqaviləyə riayət edilmə və həyata keçirilməsi; veb-səhifənin, onun istifadəçiləri və ya başqaların hüquqları, mülkiyyəti və ya təhlükəsizliyinin qorunması.
1.27. 18 yaşına qədər yetkinlik yaşına çatmamış şəxslərə bagi.az-dan istifadə etmək qadağandır. Biz qəsdən 18 yaşına qədər şəxslərdən məlumatları saxlamırıq və ya toplamırıq. Yetkinlik yaşına çatmamışların şəxsi məlumatlarının qorunması bizim üçün olduqca vacibdir. Müvafiq olaraq, əgər biz öyrənsək ki, istifadəçi 18 yaşına qədər şəxsdir, biz həmin istifadəçinin şəxsi məlumatlarını məlumat bazamızdan silmək üçün müvafiq tədbirləri görəcəyik. Siz bagi.az-dan istifadə edərkən buradaca təsdiq edirsiniz ki, ən azı 18 yaşındasınız.
1.28. Sizin şəxsi məlumatlarınızı sizə xidmət göstərildiyi bütün dövrd ərzində, eləcə də aşağıdakı səbəblərə görə xidmətin göstərilməsi başa çatdıqdan sonra 10 ilə qədər müddət ilə saxlayırıq:
1.28.1. sual və şikayətlərə cavab vermək üçün;
1.28.2. onu sübut etmək üçün ki, biz sizə ədalətli şəkildə davrandıq;
1.28.3. Müvafiq requlyasiyalara/qaydalara riayət etməklə uçotu aparmaq məqsədilə.
1.29. Biz sizin şəxsi məlumatlarınızı 10 ildən artıq müddət saxlaya bilərik, əgər hüquqi və ya normativ səbəblərə görə onları silmək imkanımız yoxdursa. Əgər düşünürsünüzsə ki, bizdə saxlanılan sizin istənilən məlumatınız qeyri-düzgün və ya natamamdır, şübhələrinizi qeyd etmək üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik. Biz həmin nöqsanı yoxlamaq və düzəltmək üçün bütün ağlabatan ölçüləri götürəcəyik. Sizin bizim tərəfimizdən şəxsi məlumatlarınızdan istifadə edilməsinə razılıq verməmək və ya onların silinməsini, çıxarılmasını və ya istifadə edilməsinin dayandırılmasını tələb etmək hüququnuz vardır, əgər bizim onları saxlamaq üçün qanunvericilik əsasımız yoxdursa. Əgər bizim tərəfimizdən məlumatlarınızdan istifadə edilməsinə razı deyilsiniz, əgər suallarınız vardır və ya əgər məlumatlarınızı ləğv etmək və ya istifadə edilməsini məhdudlaşdırmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
1.30. Biz qarşıdakı məlumatı qorumaq siyasətini istənilən zaman dəyişdirmək hüququnu özümüzdə saxlayırıq. Məlumatın qorunması siyasətində həyata keçirilmiş istənilən dəyişiklik dərhal məlumatın qorunma səhifəsində və digər elə bir yerlərdə dərc ediləcəkdir ki, hansılar, bizim fikrimizcə, sizin onunla əlaqədar məlumatlandırılmış olmağınızı təmin edirlər ki, biz hansı növ məlumatı toplayacağıq, ondan necə istifadə edəcəyik və onu nə zaman açıqlayacağıq (qanunla nəzərdə tutulan hallarda). Bununla yanaşı, qoruma siyasətinə daxil edilmiş istənilən əhəmiyyətli dəyişiklik barədə sizə elektron poçtla və ya bizim ana səhifəmizdə müvafiq bildirişin dərc edilməsi yolu ilə məlumat veriləcəkdir. Sizin öhdəliyiniz vaxtaşırı olaraq məlumatı qoruma siyasətini yoxlamaqdır.
1.31. Biz şəxsi məlumatlarınızdan sizi konkret məhsul və təkliflər ilə tanış etmək üçün istifadə edə bilərik.
1.32. Biz sizin şəxsi məlumatlarınıza əlçatanlığa özünüzün bizimlə paylaşdığınız, və ya sizə xidmətin göstərilməsi prosesində əlimizdə olan vasitələrlə topladığımız hüdudlarda malikik.
1.33. Biz nəyə ehtiyacınız olduğunu, nələrlə maraqlandığınızı və ya hansı istəklərinizin ola biləcəyini öyrənmək üçün sizin məlumatlarınızı öyrənəcəyik. Beləliklə hansı məhsulun, xidmətin və ya təklifin sizin üçün münasib olacağı barədə qərar veririk.
1.34. Biz sizin şəxsi məlumatlarınızdan yalnız bunda legitim marağımız olduğu zaman istifadə edir və marketinq bildirişlərini göndəririk. Sizə söz veririk ki, bizim fəaliyyətimiz heç vaxt ədalətsiz, qeyri-düzgün və ya sizin maraqlarınıza qarşı yönəldilmiş olmayacaqdır.
1.35. Siz istənilən zaman bizimlə əlaqə saxlayaraq marketinq bildirişlərinin göndərilməsini dayandırmağımızı xahiş etmək hüququna maliksiniz. Biz sizin istəklərinizə hörmət edirik və bu cür bildirişi aldıqdan dərhal sonra sizin şəxsi məlumatlarınızdan birbaşa marketinq məqsədləri üçün istifadə edilməsini dayandıracağıq.
1.36. Məlumatı qoruma siyasəti, bizim ümumi hüquq-vəzifələrimiz və ya tərəfimizdən məlumatlarınızın işlənilməsi ilə əlaqədar olaraq mövcud olan suallar mövcud olduğu təqdirdə, aşağıdakı kommunikasiya kanallarından istifadə etməklə bizimlə əlaqə saxlamağınızı xahiş edirik:
1.37. Ünvan: Bakı, Heydər Əliyev prospekti 152, Çinar Plaza, 8-ci mərtəbə
1.38. Tel.: +994 50 234 77 82
1.39. E-Mail: info@bagi.az.